Mürəkkəb UX dizaynın satışlara təsiri

İlk baxışdan UX dizaynı nə qədər sadə və istifadəçi dostu olsa, o qədər yaxşı olduğu düşünülür. Ancaq bəzi hallarda mürəkkəb UX dizaynı satışları artırmaqda mühüm rol oynayır. Xüsusilə aşağı büdcəli aviaşirkətlər bu strategiyadan geniş istifadə edirlər.

Xüsusilə aşağı büdcəli aviaşirkətlər bu strategiyanı ən yaxşı istifadə edənlərdəndir. Məsələn, RynAir, AirBaltic kimi şirkətlər bilet alarkən çox sayda seçimlər təklif edir: oturacaq yeri, əlavə baqaj, yemək sifarişi və s. Bu seçimlər istifadəçini yavaşlatmaqla yanaşı, onların daha çox şeyə ehtiyac olduğunu hiss etdirir və nəticədə daha çox ödəniş etməyə razı olurlar.

İstifadəçi qarşısına çıxan hər bir addım qərar verməyi tələb edir. İnsanlar təklif olunan xidmətlər arasında daha diqqətli seçim etməyə məcbur olduqda, bəzən özləri üçün əslində lazım olmayan əlavə xidmətləri də seçirlər. Bu, şirkətlərə əlavə gəlir gətirir.

RynaAir -> biletdən sonra bagaj seçmə hissəsi

İstifadəçi nə qədər çox seçim qarşısında qalırsa, qərar vermə zamanı o qədər də yorulur. Bu, onların ən asan və ya standart seçimlərə yönəlməsinə səbəb olur ki, bu da adətən əlavə gəlir gətirən seçimlər olur. Məsələn, “öncədən qeydiyyat”, “tez çıxış”, “əlavə baqaj” kimi xidmətlərin təklif olunması qərar yorğunluğu yaşayan istifadəçiləri tez bir şəkildə bu xidmətləri seçməyə yönəldə bilər.

E-ticarət saytlarını da yadınıza salın. Bir məhsulu səbətə atırsınız, amma ödəməyə getməzdən əvvəl sizə əlavə məhsul və ya xidmətlər təklif edilir. Ən yaxşısı, bu xidmətlər çox vaxt ağlabatan görünür, ona görə də onlardan imtina etmirsiniz. Halbuki, onları əvvəlcədən düşünməzdiniz. Şirkətlər üçün bu sadəcə ağıllı strategiyadır, biz isə elə bilirik ki, daha yaxşı seçimlər etdik.

Biraz daha detallandırmağa ehtiyac varsa,

İnternetdə hər gün alış-veriş etdiyiniz zaman, çox vaxt fərqinə varmasanız da, mürəkkəb UX dizaynı ilə qarşılaşırsınız. Düşünün ki, onlayn uçuş bileti alırsınız biletin qiyməti əvvəlcə olduqca sərfəli görünür, amma hər addımda yeni seçimlər qarşınıza çıxır -> oturacaq seçimi, baqaj haqqı, prioritet qeydiyyat və sair. Hər dəfə “əlavə” seçərkən biletin qiyməti artır. Əslində, bu addımlar bizi daha çox pul xərcləməyə yönləndirən psixoloji bir strategiyadır.

Rynair uçuş bileti aldığınız zaman oturacaq seçim səhifəsi

Maraqlıdır ki, bəzi istifadəçilər bu mürəkkəbliyi bəyənməsələr də, əksəriyyəti onu qəbul edir və nəticədə şirkət daha çox satış edir. Çünki mürəkkəblik müəyyən bir məqsədə xidmət edir: daha çox seçim təqdim etməklə, əlavə xidmətlərə tələbi artırmaq. Hətta bəzən insanlar bu mürəkkəbliyi sadəcə “normal” qəbul edərək, daha rahat bir seçim üçün əlavə pul xərcləməyə hazır olurlar.

Nəticə olaraq dostlar,

Yəni mürəkkəb dizayn həmişə pis deyil. Əksinə, istifadəçilərin müəyyən bir istiqamətə yönəldilməsini istədikdə, mürəkkəblik məqsədə çatmaq üçün bir vasitə ola bilər.

Digər bənzər məqalələr

Mürəkkəb UX dizaynın satışlara təsiri

İlk baxışdan UX dizaynı nə qədər sadə və istifadəçi dostu olsa, o qədər yaxşı olduğu düşünülür. Ancaq bəzi hallarda mürəkkəb UX dizaynı satışları artırmaqda mühüm rol oynayır. Xüsusilə aşağı büdcəli aviaşirkətlər bu strategiyadan geniş istifadə edirlər.

Agshin Rajabov
September 28, 2024

Vizual və beyin arasındakı əlaqə: Neyro Reabilitasiya (Non-UX)

Yuxudan durub, pəncərədən ətrafa baxın. Hər gün gözümüzü açanda bizi rəngarəng bir dünya qarşılayır: yaşıl ağaclar, səmanın maviliyi, sevdiklərimizin üzündəki ifadələr…

Agshin Rajabov
August 30, 2024