Vizual və beyin arasındakı əlaqə: Neyro Reabilitasiya (Non-UX)
Yuxudan durub, pəncərədən ətrafa baxın. Hər gün gözümüzü açanda bizi rəngarəng bir dünya qarşılayır: yaşıl ağaclar, səmanın maviliyi, sevdiklərimizin üzündəki ifadələr…
Bütün bu vizuallıq beynimizdəki mürəkkəb proses sayəsində məna qazanır. Bəs, gözümüzlə gördüklərimiz necə düşüncələrimizə, hisslərimizə, hətta xəyallarımıza çevrilə bilir?
Burada artıq, beynimizin vizual dünya ilə əlaqəsi yaranır. Bunun əsas səbəblərindən birisi beynimizin görmə mərkəzi olan: Oksipital lobdur.
Beynimizin arxa hissəsində yerləşən Oksipital lob görmə duyğumuzun mərkəzidir. Gözlərimizdən gələn siqnallar əvvəlcə əsas görmə korteksinə çatır. Burada sadə formalar, rənglər və hərəkətlər kimi əsas vizual məlumatlar işlənilir daha sonra isə vizual atribusiya sahələrinə ötürülür. Bu ərazilərdə cisimlərin tanınması, onların bu kainatda yerlərinin müəyyən edilməsi, hərəkətlərinin qavranılması kimi daha mürəkkəb proseslər baş verir.
Vizual qavrayış sadə bir proses deyil. Beynimiz daxil olan vizual məlumatları addım-addım anlayaraq mənalı bir bütöv yaradır. Bu proses vizual iyerarxiya adlanır. İyerarxiyanın aşağı hissəsində göz hərəkətləri, görmə sahəsi və görmə kəskinliyi kimi əsas vizual bacarıqlar var. Növbəti səviyyədə diqqət, skanlama və pattern (alışılmış obyektlərin təkrarlanması) tanınması kimi bacarıqlar mövcuddur.
Yuxarıda vizual yaddaş və vizual idrak kimi mürəkkəb funksiyalar var ki, bu vizual idrak sayəsində gördüklərimizi digər həssas məlumatlarla birləşdirərək planlaşdırma, problem həll etmə və qərar vermə kimi yüksək səviyyəli zehni fəaliyyətlər həyata keçirə bilirik.
Vizual dünyamız beynimizi necə formalaşdırır?
Beynimiz daim ətrafımızdakı vizual stimullara məruz qalır. Bu stimullar beynimizin quruluşuna və funksiyasına təsir göstərə bilər. Məsələn, uşaq vaxtında geniş, zəngin vizual mühitdə böyüyən uşaqlar (təbiətə daha çox bağlı, davamlı inkişaf etdirici sahələrə maraqlı) daha inkişaf etmiş vizual qavrayış bacarıqlarına sahib ola bilirlər.
Vizual iyerarxiya təkcə bunlardan ibarət deyil, həm də istifadəçi təcrübəsinin təməl daşlarından biridir. Yaxşı dizayn edilmiş vizual iyerarxiya birbaşa istifadəçilərin interfeysi necə qəbul etməsinə, məlumatı emal etməsinə və nəticədə məqsədlərinə çatmasına təsir göstərir.
Digər bənzər məqalələr
Mürəkkəb UX dizaynın satışlara təsiri
İlk baxışdan UX dizaynı nə qədər sadə və istifadəçi dostu olsa, o qədər yaxşı olduğu düşünülür. Ancaq bəzi hallarda mürəkkəb UX dizaynı satışları artırmaqda mühüm rol oynayır. Xüsusilə aşağı büdcəli aviaşirkətlər bu strategiyadan geniş istifadə edirlər.
Vizual və beyin arasındakı əlaqə: Neyro Reabilitasiya (Non-UX)
Yuxudan durub, pəncərədən ətrafa baxın. Hər gün gözümüzü açanda bizi rəngarəng bir dünya qarşılayır: yaşıl ağaclar, səmanın maviliyi, sevdiklərimizin üzündəki ifadələr…